...

BMT konfransında Əfqanıstana yardım üçün 1,2 milyard dollar ayrılacağına söz verilib

Dünya xəbərləri Materials 14 Sentyabr 2021 02:46 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin Cenevrədə keçirilən beynəlxalq konfransının iştirakçıları Əfqanıstana yardım üçün 1,2 milyard dollardan çox vəsait ayıracaqlarına söz veriblər.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

M.Qriffits konfransın bağlanış mərasimində çıxış edərək bildirib: "Humanitar yardım və inkişaf layihələrinin maliyyələşdirilməsi üçün 1,2 milyard dollardan çox vəsait barədə söz verilib".

O, bu cür nəticələri konfrans iştirakçılarının "böyük səxavətliliyinin" sübutu adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti