...

İranda daha 391 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 19 Sentyabr 2021 14:44 (UTC +04:00)
İranda daha 391 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb, 15 975 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 117 182 nəfərə,

yoluxanların sayı isə 5 424 835 nəfərə çatıb. Virus daşıyıcılarından 6 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 764 998 nəfər koronavirusdan sağalıb, 31 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 43,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 29,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13,9 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 57 rayon qırmızı, 238 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 136 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti