...

ABŞ-da uşaqların "Pfizer"lə vaksin olunmasına icazə verilə bilər

Dünya xəbərləri Materials 21 Sentyabr 2021 15:45 (UTC +04:00)
ABŞ-da uşaqların "Pfizer"lə vaksin olunmasına icazə verilə bilər

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsi (FDA) yaxın həftələrdə "Pfizer/BioNTech" vaksininin 12 yaşdan aşağı uşaqlar üçün istifadəsinə icazə verə bilər.

Trend-in məlumatına görə, bu barədə FDA-nın peyvəndlər üzrə müşaviri Ceyms Hildret deyib.

Qeyd olunur ki, uşaqların vaksinasiyası oktyabrın sonunadək başlaya bilər.

ABŞ-da ötən həftə koronavirusa yoluxma hallarının dörddə bir hssəsi uşaqların payına düşüb. Qeyd olunur ki, orta hesabla gündə 311 uşaq xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti