...

İranda koronavirusdan ölənlərin sayı 120 min nəfəri keçdi

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 15:49 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 120 min nəfəri keçdi

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 272 nəfər koronavirusdan (COVID-19) ölüb, 13 271 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 120 160 nəfərə, yoluxanların sayı isə 5 572 962 nəfərə çatıb. Virus daşıyıcılarından 6 016 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 009 673 nəfər koronavirusdan sağalıb, 32 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 53,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 37,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 16,1 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 29 rayon qırmızı, 224 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 165 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti