...

Rumıniyada COVID xəstəxanasında yanğın: 9 ölü var

Dünya xəbərləri Materials 1 Oktyabr 2021 17:31 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rumıniyanın Konstansa şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər həlak olub.

Yanğın xəstəxananın intensiv terapiya şöbəsində baş verib və sürətlə yayılmağa başlayıb. Hadisə zamanı xəstəxanada 113 nəfər müalicə olunurmuş.

Hazırda xəstələrin böyük əksəriyyəti digər xəstəxanalara keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti