Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəyə köçürülməsinin video görüntülərini yayıb.
Trend-in məlumatına görə, M.Saakaşvili bu gün həbs olunub.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti, Ukrayna İslahatlar üzrə İcraiyyə Şurasının sədri Mixail Saakaşvili bu gün səhər saatlarında sosial şəbəkədəki səhifəsində ölkəyə qeyri-qanuni yolla daxil olduğunu və artıq Gürcüstanda olduğunu bildirən paylaşım edib.
Daha sonra M.Saakaşvili video müraciət vasitəsi ilə Batumidə olduğunu qeyd edib.