...

ABŞ-da atışma baş verib, dörd nəfər yaralanıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2021 22:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə baş verən atışma nəticəsində 4 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Arlinqton Polis İdarəsi rəisinin köməkçisi Kevin Kolbye bildirib.

K.Kolbye əlavə edib ki, onlardan ikisi güllə yarası alıb. Üç yaralı xəstəxanaya yerləşdirilib, daha bir nəfərə isə həkim müdaxiləsinə ehtiyac olmayıb.

Bildirilib ki, atışma məktəb şagirdi ilə sinifdəki başqa bir şəxs arasında baş verən münaqişədən sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti