...

Gürcüstanda matəm elan edilib

Dünya xəbərləri Materials 9 Oktyabr 2021 12:23 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Gürcüstan hökuməti Batumi şəhərində binanın çökməsi ilə əlaqədar oktyabrın 11-ni matəm günü elan edib.

Trend-in məlumatına görə, bu barədə baş nazir İrakli Qaribaşvili bildirib.

O bildirib ki, hadisə nəticəsində zərərçəkənlərə dövlət yardımı göstəriləcək.

Xatırladaq ki, ötən gün Batumidə yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində altı nəfər həlak olub.

Hadisə ilə bağlı üç nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti