...

Saakaşvili sona qədər mübarizə aparmaq niyyətində olduğunu açıqladı

Dünya xəbərləri Materials 10 Oktyabr 2021 19:34 (UTC +04:00)
Saakaşvili sona qədər mübarizə aparmaq niyyətində olduğunu açıqladı

Bakı. Trend:

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hazırda bütün diqqətini mübarizəsinə yönəldib, Rustavi həbsxanasında aclıq aksiyasını davam etdirir və "bu işi sona çatdırmaq" niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə M.Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna vətəndaşı Mixeil Saakaşvili sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana gəlib. O, oktyabrın 1-də Tbilisidə saxlanılıb və hazırda Rustavi şəhərinin həbsxanadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti