...

Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır

Dünya xəbərləri Materials 25 Oktyabr 2021 07:21 (UTC +04:00)
Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır

Bakı. Trend:

Çin bu gün Yerin məsafədən zondlanması üçün "Jilin-1 Gaofeng-02F" mini peykini orbitə buraxmağı hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın xüsusi Spaceflight Now saytı xəbər verib.

Buraxılışın Pekin vaxtı ilə saat 04:20-də dörd pilləli “Kuaizhou-1A” daşıyıcı raketinin vasitəsi ilə həyata keçiriləcəyi gözlənilir.

Peyk ətraf mühitin vəziyyətinə nəzarət edəcək və təbii ehtiyatların kəşfiyyatı aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti