...

ÜST Avropanı COVID-19-a qarşı həssas insanları peyvənd etməyə çağırıb

Dünya xəbərləri Materials 13 Noyabr 2021 00:56 (UTC +04:00)
ÜST Avropanı COVID-19-a qarşı həssas insanları peyvənd etməyə çağırıb

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Avropa ölkələrini artıq peyvənd olunmuşların təkrar peyvəndlənməsi əvəzinə həssas qrupa daxil olan əhalinin koronavirusa qarşı peyvənd edilməsinə üstünlük verməyə çağırıb.

Trend-in məlumatına görə, T.A.Qebreyesus bildirib: "Dünyada hələ də vaksinin birinci dozasını gözləyən tibb işçiləri, yaşlılar və digər yüksək risk qrupuna daxil olan insanlar olduğu müddətdə sağlam böyüklər üçün "buster" dozaların vurulması və ya uşaqları peyvənd etməyin mənası yoxdur".

ÜST başçısı qeyd edib ki, söhbət təkcə nə qədər insanın peyvənd olunduğundan getmir. Söhbət kimin peyvənd olunduğundan gedir.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələr bütün ölkələrdə insanların peyvəndlərə əlçatanlığını təmin etmək üçün səy göstərməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti