...

Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var

Dünya xəbərləri Materials 27 Noyabr 2021 00:44 (UTC +04:00)
Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var

Bakı. Trend:

Meksikanın Hokisinqo rayonunda sərnişin avtobusu yaşayış evinə çırpılıb.

Trend-in "Melinio" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəza yerinə çox sayda təcili yardım briqadaları, həmçinin helikopterlər cəlb edilib.

Bildirilir ki, qəzaya səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti