...

Ərəb koalisiyası hüsilərə qarşı əməliyyat keçirib, xeyli sayda texnika və canlı qüvvə məhv edilib

Dünya xəbərləri Materials 5 Dekabr 2021 18:38 (UTC +04:00)
Ərəb koalisiyası hüsilərə qarşı əməliyyat keçirib, xeyli sayda texnika və canlı qüvvə məhv edilib

Bakı. Trend:

Ərəb Koalisiyası husilər tərəfindən cənub bölgəsini hədəf alan 4 pilotsuz uçan aparatı məhv etdiyini açıqlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, son əməliyyat nəticəsində 115-dən çox husi öldürülüb, 14 hərbi texnika məhv edilib.

Qeyd olunur ki, bazar günü hüsilər Yəmənin Marib əyalətinə hücumlarını davam etdirib. Bir saat ərzində yaraqlılar 3 raket buraxıb, onlardan biri Marib hava limanında düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti