...

Ərəb koalisiyası Səudiyyə Ərəbistanının Abha hava limanını hədəf alan PUA-nı məhv edib

Dünya xəbərləri Materials 24 Dekabr 2021 05:51 (UTC +04:00)
Ərəb koalisiyası Səudiyyə Ərəbistanının Abha hava limanını hədəf alan PUA-nı məhv edib

Bakı. Trend:

Yəməndə husi yaraqlıları ilə mübarizə aparan ərəb koalisiyası cümə axşamı Səudiyyə Ərəbistanındakı Abha beynəlxalq hava limanını hədəf almağa cəhd edən PUA-nı məhv etdiyini bildirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hava limanı ətrafında dövrə vuran pilotsuz uçan aparatın məhv edilməsi nəticəsində yaranan qalıqlar tələfata səbəb olmayıb.

Koalisiya həmçinin son 24 saat ərzində Maribdə husilərin hədəflərinə 36 zərbə endirdiyini açıqlayıb. Nəticədə azı 28 hərbi texnika məhv edilib və 310 husi yaraqlısı öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti