...

İranın kosmosa buraxdığı raket faydalı yükü orbitə çıxara bilməyib

Dünya xəbərləri Materials 1 Yanvar 2022 14:02 (UTC +04:00)
İranın kosmosa buraxdığı raket faydalı yükü orbitə çıxara bilməyib

Bakı. Trend:

İranın cümə axşamı günü kosmosa buraxdığı raket lazımi sürətə çata bilmədiyi üçün faydalı yükü orbitə çıxara bilməyib.

Trend xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni dövlət televiziyasında yayımlanan açıqlamasında bildirib.

O qeyd edib ki, faydalı yükün orbitə çıxması üçün daşıyıcı raketin sürəti saniyədə 7600 metrdən yuxarı olmalıdır. Lakin buraxılan raket yalnız saniyədə 7350 metr sürəti yığa bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti