...

Ərəb koalisiyası Yəmənin paytaxtına zərbələr endirib, ölənlər var

Dünya xəbərləri 18 Yanvar 2022 03:05 (UTC +04:00)
Ərəb koalisiyası Yəmənin paytaxtına zərbələr endirib, ölənlər var

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yamanın paytaxtı Sana şəhərində zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Əl-Masir" telekanalı xəbər yayıb.

Məlumata əsasən, hava zərbəsi nəticəsində 4 nəfər həlak olub, 5 əfər isə xəsarət alıb.

Xatırladaq ki, ötən gün Yəməndəki husilər BƏƏ ərazisinə rektlər və dronlarla hücum edib. Hücumlar sırasında 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti