...

İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi

Dünya xəbərləri 25 Yanvar 2022 22:57 (UTC +04:00)
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi

Bakı. Trend:

İran ABŞ-la birbaşa danışıqlara hazırdır, lakin bunun üçün Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməlidir.

Trend-in məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi xalqa müraciətində deyib.

"Bu günə qədər birbaşa danışıqlar aparılmayıb. Lakin bu gün biz deyirik ki, əgər qarşı tərəf repressiv sanksiyaları ləğv etmək niyyətindədirsə, deməli, danışıqlar üçün yer var", - deyə İran Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti