...

ABŞ-da gübrə zavodu yanıb, 6 mindən çox əhali təxliyə oluna bilər

Dünya xəbərləri Materials 1 Fevral 2022 13:17 (UTC +04:00)
ABŞ-da gübrə zavodu yanıb, 6 mindən çox əhali təxliyə oluna bilər

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Şimali Karolina ştatında gübrə istehsalı zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə Uinston-Seylem şəhərində qeydə alınıb.

Şəhər rəhbərliyi zəhərli maddələrin yayılması ilə əlaqədar əhalinin təxliyəsini tövsiyə edib. Hadisə baş verən bölgədə ümumilikdə 6,5 min əhali yaşayır.

Yanğın nəticəsində zavodun binası çöküb. Havada ammonium nitrat maddəsinin həddən artıq olması ilə əlaqədar yanğınsöndürmə əməliyyatları dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti