...

Rəisi Ərdoğana tezliklə sağalmasını arzulayıb

Dünya xəbərləri Materials 8 Fevral 2022 00:42 (UTC +04:00)
Rəisi Ərdoğana tezliklə sağalmasını arzulayıb

Bakı. Trend:

İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, telefon danışığı zamanı İran Prezidenti R.T.Ərdoğana tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, fevralın 5-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi "Twitter" hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştammına yoluxduğunu bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti