...

BMT-nin baş katibi dünya liderlərinin Ukrayna ilə bağlı təmasları davam etdirəcəklərinə ümid edir

Dünya xəbərləri Materials 18 Fevral 2022 22:08 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş dünya liderlərinin Ukrayna ilə bağlı təmaslarını davam etdirəcəklərinə ümid edir və mümkün müharibənin fəlakətlə nəticələnəcəyinə inanır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

"Bu məsələnin həlli uzun müddət tələb etsə belə, Baş katib dünya liderlərinin danışıqları davam etdirəcəyinə inanır. Münaqişə təkcə Ukrayna əhalisi üçün deyil, bütövlükdə region üçün fəlakət olacaq. Baş katibin Avropalı və digər tərəfdaşlarla bir sıra təmasları olub", - deyə S.Cüjarrik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti