...

Ermənistanın baş qərargah rəisi vəzifəsindən azad edilib

Dünya xəbərləri Materials 24 Fevral 2022 15:24 (UTC +04:00)
Ermənistanın baş qərargah rəisi vəzifəsindən azad edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkə prezidenti vəzifələrini icra edrən Alen Simonyan imzalayıb.

İstefa qərarının səbəbləri açıqlanmayıb. Qeyd olunur ki, A.Davtyanın adı 2021-ci ilin sentyabrında ortaya çıxan kütləvi vəsaitin mənimsənilməsi qalmaqalında hallanırdı. O zaman sabiq müdafiə naziri David Tonoyan saxlanılmışdı.

Xatırladaq ki, 2020-ci ilin iyununda baş qərargah rəisi vəzifəsindən istefa vermiş Artak Davtyan 2021-ci ilin martında yenidən təyin olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti