...

Türk Hava Yolları martın 18-dək Ukrayna və Moldovaya uçuşları dayandırıb

Dünya xəbərləri Materials 4 Mart 2022 05:15 (UTC +04:00)
Türk Hava Yolları martın 18-dək Ukrayna və Moldovaya uçuşları dayandırıb

Bakı. Trend:

Türk Hava Yolları müvəqqəti olaraq Ukrayna və Moldovaya/dan reysləri ləğv edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin aviaşirkətinin "Twitter" səhifəsində deyilir.

"18 mart 2022-ci il tarixinədək (daxil olmaqla) Ukrayna və Moldovaya/dan uçuşlarımız ləğv edilir.

Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı sorğular üçün agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya bilərsiniz", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti