Bakı. Orxan Nəbiyev - Trend:
Almaniyada son sutka ərzində 262 752 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.
Trend-in məlumatına görə, bundan əvvəl ən yüksək göstərici fevralın 4-də qeydə alınmışdı. Həmin gün Almaniyada 248 838 nəfər yoluxmuşdu.
Bugünədək Almaniyada koronavirusa yoluxanların sayı 16,5 milyon nəfəri keçib.
Eyni zamanda son sutkada Almaniyada 259 nəfər koronavirusun qurbanı olub. Bugünədək ölkədə koronavirusdan ölənlərin sayı 125 min nəfəri ötüb.