...

İran “SEPAH”-ı İraqın Ərbil vilayətinə raket hücumunu təsdiqləyib

Dünya xəbərləri Materials 13 Mart 2022 17:20 (UTC +04:00)
İran “SEPAH”-ı İraqın Ərbil vilayətinə raket hücumunu təsdiqləyib

Bakı. Elnur Bağışov – Trend:

Ötən gecə (12 mart) İraqın Ərbil vilayətində İsrailə məxsus strateji mərkəz İslam İnqilabının Keşikçilər Korpusu (SEPAH) tərəfindən güclü raketlərlə vurulub.

Trend-in məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanata əsasən, bu hücum, İsrailin İran qüvvələrinə son hücumuna cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, ötən gecə İraqın Ərbil vilayətinə 6 ədəd raket atılıb. Raketlərin xəsarətlər vurulduğu qeyd olunsa da, əlavə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti