...

Türkmənistanın yeni prezidenti Sərdar Berdiməhəmmədov and içib

Dünya xəbərləri Materials 19 Mart 2022 11:48 (UTC +04:00)
Türkmənistanın yeni prezidenti Sərdar Berdiməhəmmədov and içib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanın paytaxtı Aşqabadda ölkənin yeni seçilmiş prezidenti Sərdar Berdiməhəmmədovun andiçmə mərasimi baş tutub.

Trend-in məlumatına görə, yeni prezident bu gündən etibarən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, S.Berdiməhəmmədov martın 12-də keçirilmiş növbədənkənar prezident seçkilərində 72,97 faiz səs toplayaraq qalib gəlmişdi.

Sabiq prezident Qurbanqulu Berdiməhəmmədov fevralın 12-də istefa verdiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti