...

Tanzaniyada avtobus qəzası: azı 22 nəfər həlak olub

Dünya xəbərləri Materials 19 Mart 2022 17:26 (UTC +04:00)
Tanzaniyada avtobus qəzası: azı 22 nəfər həlak olub

Bakı. Trend:

Tanzaniyanın şərqində avtobusun və yük maşınının toqquşması nəticəsində azı 22 nəfər həlak olub.

Trend xəbər verir ki, The Citizen nəşrinin yerli polis rəisinə istinadla yaydığı məlumata görə, yol nəqliyyat hadisəsi martın 18-də axşam saatlarında baş verib. Qəzada 22 nəfər ölüb, daha 32 nəfər yaralanıb.

İlkin nəticələrə əsasən, toqquşmaya yük avtomobili sürücüsünün idarətməni itirmiş motosikleti vurmaqdan yayınmağa uğursuz cəhdi səbəb olub. Avtobus Tanzaniyanın iqtisadi paytaxtı Dar-əs-Salamdan Konqo Demokratik Respublikasına gedirmiş.

Tanzaniya prezidenti Samia Suluhu Hasan həlak olanların ailələrinə və yaxınlarına sosial şəbəkə vasitəsilə başsağlığı verib.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti