...

Conni Hollideyin motosikleti 470,8 min avroya satılıb

Dünya xəbərləri Materials 20 Mart 2022 02:28 (UTC +04:00)

Bakı. Trend:

Adını açıqlamaq istəməyən şəxs məşhur fransız müğənni Conni Hollideyə məxsus (1943-2017) "Lauranın Gözləri" motosikletini 470,8 min avroya alıb.

Trend-in məlumatına görə, bu barədə "France Info" qəzeti xəbər yayıb.

Məlumata əsasən, "Harley-Davidson" motosikleti Parisin retroavtomobillər salonunda 470 840 avroya satılıb. İlkin olaraq hərracın təşkilatçıları lotu maksimum 250 000 avro dəyərində qiymətləndiriblər.

"Bu, müharibədən sonra yığılan motosiklet üçün rekord dərəcədə yüksək qiymətdir", - deyə qeyd edilir.

Xəbər lenti

Xəbər lenti