...

Spotify Rusiyada fəaliyyətini dayandırır

Dünya xəbərləri Materials 25 Mart 2022 22:56 (UTC +04:00)
Spotify Rusiyada fəaliyyətini dayandırır

Bakı. Trend:

İsveçin "Spotify" audio striming platforması Rusiyada fəaliyyətini tamamilə dayandırmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə isveç nəşrləri şirkətin bəyanatına istinadən yazır.

Məlumata görə, fəaliyyətin tam dayandırılması apreldə baş verə bilər. Əsas səbəb kimi Rusiyada qəbul edilmiş "feyklər" haqqında qanun göstərilir.

"Təəssüf ki, bu yaxınlarda qəbul edilmiş qanun informasiya əldə etmək üçün əlavə məhdudiyyətlər qoyur, ifadə azadlığını məhdudlaşdırır. Bu, əməkdaşlarımızın və bəlkə də dinləyicilərimizin təhlükəsizliyini şübhə altına qoyur", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti