...

Ərəb koalisiyası husilərə qarşı yeni əməliyyata başlayıb

Dünya xəbərləri Materials 26 Mart 2022 08:59 (UTC +04:00)
Ərəb koalisiyası husilərə qarşı yeni əməliyyata başlayıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya neft obyektlərinə husilər tərəfindən hücumları dayandırmaq məqsədiylə şənbə günü hərbi əməliyyata başladlığını bildirib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, koalisiyanın bəyanatında əməliyyatın məqsədinin həm də qlobal enerji mənbələrini və təminat zəncirlərini qorumaqdan ibarət olduğu vurğulanır.

"Əməliyyat ilkin mərhələdədir və husiləri davranışlarının hansı nəticələrə gətirib çıxardığını hiss etməlidirlər. Koalisiya yalnız təhlükə mənbələrinə qarşı birbaşa mübarizə aparacaq və mülki şəxslərdən neft qurğularına və ya Yəmənin Qırmızı dənizin sahilində yerləşən liman şəhəri Hudeydada qurğulara yaxınlaşmamağı xahiş edirik", - bəyanatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti