...

İranda Novruz bayramı günlərində yol qəzalarında 520 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Mart 2022 10:42 (UTC +04:00)
İranda Novruz bayramı günlərində yol qəzalarında 520 nəfər ölüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramı müddətində ötən 10 gün ərzində İranda yol qəzalarında 520 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın yol polisinin rəis əvəzi Teymur Hüseyni deyib.

T.Hüseyninin sözlərinə görə, ölkədə baş verən yol qəzalarının əksəriyyətinin səbəbi sürət həddini aşma, qanunsuz ötmə, yorğunluq və idarəetməni itirmə olub.

Qeyd edək ki, İran vətəndaşlarının Novruz bayramı günlərində ölkədaxili səfərləri artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti