...

Yaponiya Rusiyaya bahalı avtomobillərin ixracını qadağan edəcək

Dünya xəbərləri Materials 29 Mart 2022 05:24 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyacaq.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın iqdisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda bildirib.

"Hökumət Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracına qadağa qoymaq qərarına gəlib. Qadağa aprelin 5-dən qüvvəyə minir", - deyə nazir bildirib. Elan edilən tədbirlərə aid olan malların tam siyahısı hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti