...

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatları dayandırıb

Dünya xəbərləri Materials 30 Mart 2022 08:19 (UTC +04:00)
Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatları dayandırıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə hərbi əməliyyatları dayandırıb.

Trend-in məlumatına görə, bu barədə koalisiyanın komandanlığından bildirilib.

Bildirilir ki, bu, "Yəməndəki tərəflər arasında danışıqların" uğurlu keçməsinə kömək etməli, həmçinin "mübarək Ramazan ayında Yəməndə sülhün bərqərar olması, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün müsbət atmosfer yaratmalıdır".

Qeyd edilir ki, hərbi əməliyyatların dayandırılması yerli vaxtla saat 06:00-dan başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti