...

"WhatsApp"da hədələdi, 7 il müddətinə azadlıqdan məhrum edildi

Dünya xəbərləri Materials 13 Aprel 2022 06:52 (UTC +04:00)
"WhatsApp"da hədələdi, 7 il müddətinə azadlıqdan məhrum edildi

Bakı. Trend:

İspaniyanın Milli Məhkəməsi ölkənin baş naziri Pedro Sançesi ölümlə hədələyən şəxsə hökm çıxarıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı Manuel Murillo "WhatsApp"da P.Sançesi təhdid edən sözlər yazıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində təqsirləndirilən şəxsin evindən xeyli sayda odlu silah aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə, Manuel Murillo yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti