...

Ukraynanı tərk edənlərin sayı 4,8 milyon nəfərə çatır - BMT

Dünya xəbərləri Materials 15 Aprel 2022 17:46 (UTC +04:00)
Ukraynanı tərk edənlərin sayı 4,8 milyon nəfərə çatır - BMT
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada hərbi əməliyyatların başladığı fevralın 24-dən aprelin 14-dək ölkəni 4,8 milyona yaxın qaçqın tərk edib.

Trend-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib.

Qeyd olunub ki, son sutka ərzində 56 421 nəfər Ukraynadan gedib.

Bu günədək Polşaya 2,7 milyondan çox, Rumıniyaya 726 857, Macarıstana isə 447 053 ukraynalı gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti