Bak;/ Trend^
İranın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib.
Trend xəbər verir ki, bu barədə İranın Ukraynadakı səfiri Manuçehr Moradi bildirib.
Onun sözlərinə görə, səfirliyin əməkdaşları aprelin 18-dən fəaliyyətə başlayıblar.
"Müharibədən sonrakı günlərdə İran səfirliyi nə Ukrayna ərazisində, nə də müvəqqəti işlədiyi Moldovada öz fəaliyyətini dayandırmamışdı", - deyə səfir bildirib.