...

İran və Serbiya prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 3 May 2022 06:06 (UTC +04:00)
İran və Serbiya prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

İran Prezidenti İbrahim Rəisi və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, telefon danışığı zamanı İ.Rəisi iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə səbəb ola biləcək mövcud potensiala diqqət çəkib.

Eyni zamanda İ.Rəisi serbiyalı həmkarını ikitərəfli münasibətləri müzakirə etmək üçün İrana səfər etməyə dəvət edib.

A.Vuçiç də öz növbəsində İ.Rəisini Ramazan bayramı münasibətilə təbrik edib və əlaqələri genişləndirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti