...

Ərdoğan 1 milyon suriyalı qaçqının geri qayıtması üzrə yeni layihəni elan edib

Dünya xəbərləri Materials 3 May 2022 15:07 (UTC +04:00)
Ərdoğan 1 milyon suriyalı qaçqının geri qayıtması üzrə yeni layihəni elan edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədəki məskunlaşmış suriyalı qaçqınlardan 1 milyon nəfərinin geri qaytarılması üzrə yeni layihəni elan edib.

Trend-in məlumatına görə, bu barədə o, qaçqınlar üçün İdlib əyalətində tikilmiş evlərin onlayn təqdimatı zamanı deyib.

"Bu günədək 500 minə yaxın suriyalı qaçqın təhlükəsiz bölgələrə qayıdıb. Buna bizim inşa etdiyimiz briket evlər yardımçı olub. Biz bir milyon suriyalı qardaşımızın könüllü qayıdış imkanın təmin edə biləcək yeni layihə hazırlayırıq. Layihə Suriyanın 13 bölgəsində, o cümlədən, Azaz, Təl-Əbyad, Cərablus bölgələrində icra olunacaq" - R.T.Ərdoğan deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti