...

Rusiyada "Moskviç" istehsalı bərpa olunur

Dünya xəbərləri Materials 16 May 2022 10:37 (UTC +04:00)
Rusiyada "Moskviç" istehsalı bərpa olunur
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Renault" avtomobil şirkətinin Moskvadakı zavodu şəhərin balansına keçib, burada "Moskviç" brendi ilə minik avtomobillərinin istehsalı başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz bloqunda yazıb.

O bildirib ki, Fransa şirkəti Rusiyadakı zavodunu bağlamaq qərarı verib. Moskva meri qeyd edib ki, zavodun hazırkı əməkdaşları öz işlərini davam etdirəcək.

Onun sözlərinə görə, ilkin mərhələdə "Moskviç" avtomobilləri ənənəvi mühərriklərlə istehsal olunacaq, gələcəkdə həmin zavodda elektromobillərin də istehsalı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti