...

BMT koronavirusun yayılması fonunda Şimali Koreyaya kömək etməyə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 17 May 2022 01:10 (UTC +04:00)
BMT koronavirusun yayılması fonunda Şimali Koreyaya kömək etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

BMT koronavirusun yayılması ilə bağlı KXDR-ə kömək etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Şimali Koreyanın rəhbərliyi ilə hələlik heç bir əlaqə yoxdur.

Qeyd edək ki, Şimali Koreyada son 24 saat ərzində daha 8 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 50-yə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti