...

Finlandiya və İsveç bir neçə ay ərzində NATO-ya qəbul oluna bilərlər

Dünya xəbərləri Materials 19 May 2022 05:45
Finlandiya və İsveç bir neçə ay ərzində NATO-ya qəbul oluna bilərlər

Trend-i buradan izləyin

Bakı. Trend:

NATO üzvləri İsveç və Finlandiyanın alyansa qəbul edilməsi prosesini sürətləndirməyin yollarını axtarırlar, ümid edirik ki, bu bir neçə ay ərzində baş verəcək.

Trend xəbər verir ki, bunu "Sky News"a müsahibəsində ABŞ NATO-dakı daimi nümayəndəsi Culiann Smit deyib.

"İdeal olaraq, düşünürəm ki, biz bu prosesin bir neçə ay ərzində tamamlanmasını istərdik. Bu, bizim məqsədimizdir", - deyə C.Smit bildirib.

Onun sözlərinə görə, son həftələrdə NATO müttəfiqləri sözügedən ölkələrin alyansa qəbul edilməsi prosesini qısaltmaq yollarını axtarırlar. Bəzi hallarda NATO-ya qəbul edilmə prosesi təxminən bir il çəkə bilər, lakin Ukraynadakı vəziyyətə görə "bütün müttəfiqlər bu prosesin sürətləndirilməsi ilə razılaşır".

C.Smit əlavə edib ki, NATO Türkiyənin İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı şübhələrinə ciddi yanaşər, lakin müttəfiqlərin konsensusa gələ biləcəyinə inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti