...

İran prezidenti Omana səfər edəcək

Dünya xəbərləri Materials 22 May 2022 08:01 (UTC +04:00)
İran prezidenti Omana səfər edəcək

Bakı. Trend:

İran Prezidenti İbrahim Rəisi Oman Sultanı Haytam ibn Tarikin dəvəti ilə Maskat şəhərinə səfər edəcək.

Trend "İRNA"ya istinadən xəbər verir ki, İ.Rəisinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti mehriban qonşuluq diplomatiyası və siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi məqsədilə mayın 23-ü Omana gedəcək.

Oman Sultanı ilə rəsmi görüş, bir sıra əməkdaşlıq müqavilələrinin imzalanması, Omanda yaşayan iranlılar və omanlı iş adamları ilə görüş səfərin gündəliyindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti