...

Almaniyada avtomobil insanların üzərinə hərəkət edib, ölən və çox sayda yaralı var

Dünya xəbərləri Materials 8 İyun 2022 13:18 (UTC +04:00)
Almaniyada avtomobil insanların üzərinə hərəkət edib, ölən və çox sayda yaralı var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində avtomobil insanların üzərinə hərəkət edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 30-a yaxın şəxs xəsarət alıb, bir nəfərin öldüyü deyilir.

Avtomobil daha sonra mağazaya daxil olaraq dayanıb.

İlkin məlumatlara əsasən, avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.

Hazırda hadisənin qəsdən və ya qəza nəticəsində baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti