...

Əfqanıstanda güclü zəlzələ nəticəsində 250 nəfər ölüb

Dünya xəbərləri Materials 22 İyun 2022 10:25 (UTC +04:00)
Əfqanıstanda güclü zəlzələ nəticəsində 250 nəfər ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın cənub-şərqində baş vermiş 6,1 bal gücündə zəlzələ nəticəsində azı 250 nəfər həlak olub.

Trend-in məlumatına görə, yerli rəsmilər ölü sayının arta biləcəyini deyib.

Bundan başqa, 150-dən çox sakin xəsarət alıb.

Qeyd olunur ki, yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib.

Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti