...

Gürcüstanın baş naziri Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb

Dünya xəbərləri Materials 30 İyun 2022 00:25 (UTC +04:00)
Gürcüstanın baş naziri Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, İrakli Qaribaşvilinin Madridə səfəri çərçivəsində baş tutan görüşdə Gürcüstanın Avropa perspektivinin müzakirəsinə xüsusi diqqət yetirilib.

"Baş nazir qeyd edib ki, Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərardır. Eyni zamanda, Avropa Şurası və Aİ-yə üzv ölkələrin liderləri Gürcüstanın gələcəyinin Aİ-də olduğunu təsdiqləyiblər. Hökumət başçısı qeyd edib ki, Gürcüstan namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi üzərində fəal işləyəcək.

Baş nazirin sözlərinə görə, avrointeqrasiyası təkcə hər hansı hökumətin deyil, həm də gürcü xalqının seçimidir. İrakli Qaribaşvili Şarl Mişelə Gürcüstanın avrointeqrasiyası yolunda şəxsi səylərinə, eləcə də Gürcüstanın Avropa perspektivini dəstəklədiyinə görə təşəkkür edib", - deyə mətbuat xidmətinin açıqlamasında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti