Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatında bir hərbçi həlak olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, əməliyyat bölgəsində terrorçuların açdığı atəş nəticəsində türk hərbçi həyatını itirib.
Bir neçə gün əvvəl İraqın şimalında 3 hərbçi həlak olmuşdu.
Bölgədə antiterror əməliyyatı davam etdirilir.