...

Şri-Lanka prezidenti etirazlar fonunda istefa verəcək

Dünya xəbərləri Materials 9 İyul 2022 21:53 (UTC +04:00)
Şri-Lanka prezidenti etirazlar fonunda istefa verəcək

Bakı. Trend:

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa iyulun 13-də istefa verəcək.

Trend-in məlumatına görə, bu barədə yerli "Ada Derana" internet nəşri bildirib.

Qeyd edək ki, bundan əvvəl Şri-Lankanın partiya liderləri fövqəladə iclasda qərara gəliblər ki, siyasi böhran fonunda parlament sədri müvəqqəti olaraq prezident vəzifəsinə keçməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti