...

Ankara Şri-Lankada baş verən hadisələrdən narahatlığını ifadə edib

Dünya xəbərləri Materials 10 İyul 2022 11:32 (UTC +04:00)
Ankara Şri-Lankada baş verən hadisələrdən narahatlığını ifadə edib

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Şri-Lankada davam edən etirazlar fonunda zorakılığın artması ilə bağlı narahatlığını bildirib.

Bu barədə Trend Nazirliyin mətbuat xidmətinə istinadən məlumat verib.

"Biz Şri Lankada baş verən hadisələrdən və davam edən etirazlar zamanı zorakılığın artmasından narahatıq. Hesab edirik ki, ölkənin üzləşdiyi ciddi siyasi və iqtisadi problemlərin həlli ictimai razılıqdan keçir. Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və zorakılıqdan çəkinməyə çağırırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti