...

Şri-Lankanın bir neçə naziri istefa vermək qərarına gəlib

Dünya xəbərləri Materials 10 İyul 2022 22:03 (UTC +04:00)
Şri-Lankanın bir neçə naziri istefa vermək qərarına gəlib

Bakı. Trend:

Şri-Lankanın bir sıra nazirləri ölkədəki iqtisadi və siyasi böhran fonunda öz postlarını tərk etmək qərarını açıqlayıblar.

Trend-in məlumatına görə, bu barədə yerli "Ada Derana" internet nəşri xəbər verib.

Kənd təsərrüfatı naziri Mahinda Amaravira ölkəyə gübrə çatdırılan kimi istefa verəcəyini bildirib.

Əmək və turizm nazirləri Manuşa Nanayakkara və Harin Fernando, eləcə də investisiyalar naziri Dhamikka Perera və nəqliyyat naziri Bandula Qunavardana vəzifələrini tərk edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti