...

Şri-Lanka prezidenti istefa ərizəsini imzalayıb

Dünya xəbərləri Materials 12 İyul 2022 10:53 (UTC +04:00)
Şri-Lanka prezidenti istefa ərizəsini imzalayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şri-Lanka prezidenti Qotabaya Racapaksa iyulun 13-də istefa verəcəyi barədə ərizə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Şri-Lanka mətbuatı bildirir.

Qeyd olunur ki, prezident tərəfindən imzalanan istefa ərizəsi parlamentin spikerinə təqdim olunub. Spikerin Q.Racapaksanın istefasını sabah elan edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə sonunda Şri-Lankadakı iqtisadi böhranla etiraz edən sakinlər ölkə prezidentinin iqamətgahını ələ keçirmiş, eləcə də baş nazirin evini yandırmışdılar.

İğtişaşlar nəticəsində onlarla şəxs yaralanıb, çoxlu sayda etirazçı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti