Bakı. Trend:
Şri-Lanka prezidenti Qotabaya Rajapaksa rəsmən istefaya getməzdən bir müddət əvvəl ölkəni tərk edib.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı yüksək rütbəli təhlükəsizlik xidmətinin zabitinə istinadən bildirib.
Məmurun sözlərinə görə, Q.Rajapaksa həyat yoldaşı ilə Şri-Lanka Hərbi Hava Qüvvələrinin "An-32" hərbi-nəqliyyat təyyarəsi ilə Maleyə (Maldiv adaları) uçub.
Daha əvvəl bildirilmişdi ki, Q.Rajapaksa bu həftə rəsmən istefa verəcək, parlamentarilər isə iyulun 20-də yeni prezidenti seçəcəklər.